"Qolden Steyt"dən 34-cü qələbə

7 May, 15:32 Sosial mediada paylaşın:
Milli Basketbol Assosiyasının müntəzəm çempionatında növbəti oyunlar keçirilib.
“Qolden Steyt Varriors” komandası   “Oklahama Siti Tander”si qəbul edib. Oyuna daha yaxşı başlayan meydan sahibləri böyük fasiləyə 61:49 hesabilə öndə yollanıblar. Təşəbbüsü əldən verməyən “Qolden Steyt” basketbolçuları növbəti iki hissədə ümidləri doğrudlublar. Xüsusilə sonuncu dövrədə rəqibindən 5 xal daha artıq toplayan yerli komanda yekunda qalib gəlib: “Qolden Steyt Varriors”- “Oklaham Siti Tander” 118-97
Meydan sahiblərinin heyətində Stefen Körri 34 xal, 4 ribaund və 7 məhsuldar ötürmə ilə komandasının qələbsində böyük pay sahibi olub.
Qeyd edək ki, bu mövsümdə 34-cü qələbəsini qazanan “Qolden Steyt Uorriors” Qərb konfransında 8-ci pillədə qərarlaşıb. Ardıcıl  5 oyundur məğlub olan Oklama Siti Tander  13-cüdür. Bu konfransa “Yuta Caz” başçılıq edir.

CANLI YAYIM