UFC-nin keçmiş çempionu Keyn Velaskes peşəkar karyerasını başa vurub

12 Oktyabr, 14:46 Sosial mediada paylaşın:
Mütləq döyüş çempionatının (UFC) keçmiş çempionu Keyn Velaskes qarışıq döyüş sənətlərində peşəkar karyerasını başa vurub.
Bildirilir ki, o, restlinqə keçəcək. Keyn Velaskes birinci təkbətək döyüşünü oktyabrın 31-də meksikalı idmançı, hazırkı çempion Broka Lesnara qarşı keçirəcək. Təkbətək döyüş Səudiyyə Ərəbistanında baş tutacaq.
Qeyd edilir ki, əgər 37 yaşlı döyüşçü MMA-ya qayıtmaq istəsə, onda o, 6 ay yeni dopinq yoxlamasının nəticələrini gözləməli olacaq.
Velaskes MMA-da son döyüşünü 2019-cu ilin 17 fevralında keçirib. O, Fransis Nqanna nokautla məğlub olub. 

CANLI YAYIM