"Red Bull" "Mersedes"in 5 mühərrik ustasını ələ keçirdi

7 May, 17:40 Sosial mediada paylaşın:
Ardıcıl 4 mövsüm Mühəndislər Kubokunun qalibi olduqdan sonra çempionluq uğrunda mübarizədə “Mersedes”dən geriyə düşən “Red Bull” sözün hər iki mənasında yenidən sürət yığıb.
“Honda” mühərrikləri sayəsində iddiasını artıran Avstriya komandası isə hazırda müstəqil şəkildə mühərrik istehsalı ilə də məşğul olur. Artıq bu komanda ən güclü mühərrik mühəndislərini sıralarına cəlb edir. Apreldə Ben Hockinsonun komandaya baş mühərrik ustası vəzifəsinə təyinatından sonra “Red Bull” bu dəfə daha 5 yeni əməkdaşının adını açıqlayıb. Özü də komanda çempionluq uğrunda mübarizədə əsas rəqibi “Mersedes”in mühərrik ustaları ilə müqavilə imzalayıb.  Məlumatı “Mersedes”in rəhbəri Toto Volff da təsdiqləyib: “Hər şey çox sadədir: “Red Bull” mühəndisləri işıqlı gələcək vəd edərək sıralarına qatır. Mən isə hər şeyi olduğu kimi deyirəm. Biz gələcəklə bağlı açıq danışa bilmirik. Komandalar arasında trassdan kənar yaşanan rəqabət normaldır. Hər yerdə ən yaxşı mühəndisləri ələ keçirməklə bağlı mübarizə gedir”. 
Xatırladaq ki, 3 Qran-pridən sonra “Mersedes” Mühəndislər Kubokunda 41 xalla liderdir, “Red Bull” isə rəqibindən 11 xal geridə qalır.

CANLI YAYIM