"Real"ın 19 yaşlı hücumçu ilə bağlı planı

12 Oktyabr, 16:31 Sosial mediada paylaşın:
Avstriyanın "Zalsburq" klubunda performansı ilə diqqət çəkən Erlinq Broyt Holand Madrid "Real"ının radarına düşüb.
"Kral klubu" Avstriya təmsilçisinin hücumçusu ilə yaxından maraqlanır. "Real" norveçli hücumçunu izləməyi və gələn yay heyətinə qatmağı planlaşdırır.
19 yaşlı futbolçu bu mövsüm 10 matçda 18 qol vurub. O, Çempionlar Liqasında meydanda çıxdığı 2 görüşdə 4 dəfə fərqlənib.

CANLI YAYIM