"Ançelottinin istefaya göndərildiyini deyəndə ağlamaq istəyirdim"

12 Oktyabr, 17:53 Sosial mediada paylaşın:
"Bavariya"nın idarə heyətinin sədri Karl-Hayns Rummeniqqe Münhen klubunun sabiq baş məşqçisi Karlo Ançelotti barədə danışıb.
Klub rəsmisi hazırda "Napoli"ni çalışdıran mütəxəssisi göndərdiklərinə görə təəssüfləndiyini deyib:
''Ançelotti yaxşı mütəxəssisdir. Həmin vaxt komandada işlər qaydasında deyildi. Bu səbəbdən də istədiyimiz nəticələri əldə edə bilmirdik. Ona istefaya göndərildiyini deyəndə ağlamaq istəyirdim".
Ançelotti 2016-2017-ci illərdə "Bavariya"nın baş məşqçisi olub. 60 yaşlı italiyalı mütəxəssis Münhen klubu ilə 1 dəfə Almaniya çempionu olub, iki dəfə ölkə superkubokunu əldə edib.

CANLI YAYIM