Səudiyyə Ərəbistanında Coşua - Fyuri görüşü üçün ayrıca stadion inşa olunacaq

14 May, 09:09 Sosial mediada paylaşın:
Boks həvəskarları avqustun 14-ünü səbirsizliklə gözləyir.
Məhz bu tarixdə iki məşhur əlcək ustası üz-üzə gələcək. Söhbət WBC versiyası üzrə dünya çempionu Tayson Fyuri ilə WBA, İBF, WBO və İBO kəmərlərinin sahibi Entoni Coşua arasında döyüşdən gedir. Hər iki boksçu artıq Səudiyyə Ərəbistanında döyüşməklə bağlı razılığa gəlib. Elə ərəblər də bu görüşü təşkil etmək üçün xüsusi hazırlıq görür. Məşhur promouter Eddi Hirn mətbuata açıqlamasında hazırlıq prosesindən danışıb: “Səudiyyə Ərəbistanından olan təşkiilatçılar dünyanı heyrətləndirmək istəyirlər. Onlar bu görüşü üçün ayrıca stadion tikməyi qərara alıb. Onların artıq belə məsələlərlə bağlı təcrübəsi var. Ərəblər Endi Ruislə Entoni Coşua arasında döyüş üçün 18000 yerlik arenanı 7 həftəyə inşa etmişdilər. Bu dəfə də belə arenanı istifadəyə vermək istəyirlər”.
Xatırladaq ki, hər iki boksçu mətbuata görüşmək istədikləri ilə bağlı açıqlamalar verdikdən sonra döyüşün təşkili ilə bağlı müqaviləyə qol çəkib. Amma hələ ki, mətbuatda onların avqustun 14-dəki görüş üçün nə qədər qonorar alacağı ilə bağlı məlumat dərc olunmayıb.

CANLI YAYIM