Türkiyə Qran-prisi ləğv olundu, Avstriyada iki yarış keçiriləcək

15 May, 09:40 Sosial mediada paylaşın:
Formula 1 rəsmi şəkildə Türkiyə Qran-prisinin ləğv olunduğunu açıqlayıb. İstanbuldakı yarışın əvəzinə Avstriyada iki Qran-pri təşkil olunacaq. Təşkilatçılıq hüququnun Türkiyədən alınmasına görə Formula 1 rəhbərliyi təqvimdə müəyyən yerdəyişmələr etmək məcburiyyətində qalıb. İyunun 6-da Bakıda keçiriləcək Qran-pridən sonra təqvimdə bir həftəlik fasilə olacaq. Halbuki, Azərbaycan Qran-prisindən bir həftə sonra yarış Türkiyədə təşkil olunmalı idi. Bunun nəticəsində Fransa Qran-prisi bir həftə önə çəkilib. Yəni bu ölkədə yarış iyunun 18-20 tarixində keçiriləcək. Avsrtiyalılar isə 25-27 iyun və 2-4 iyul tarixlərində yarışa təşkilatçılıq edəcək
Xatırladaq ki, Böyük Britaniyanın Türkiyəni koronavirusa görə “qırmızı zona”ya daxil etməsi Formula 1 rəhbərliyini çətin vəziyyətə salıb. Məsələ ondadır ki, “qırmızı zona” ölkələrindən Böyük Britaniyaya səfər edənlər 10 gün karantində qalmalıdır ki, bu da bazaları bu ölkədə olan 7 komandaya sərf etmir. Xatırladaq ki, futbol üzrə Çempionlar Liqasınının finalı da məhz bu amilə görə İstanbuldan alınmışdı...

CANLI YAYIM