Usta cüdoçularımız Moskvada fərqləndilər

16 May, 11:06 Sosial mediada paylaşın:
Rusiyanın paytaxtı Moskvada usta cüdoçular arasında beynəlxalq turnir keçirilib. 
15-ci dəfə təşkil olunan yarışda Rusiya, Yunanıstan, İspaniya, Gürcüstan, Ermənistan, Belarus, Monqolustan, Qırğızıstan, Tacikistan, Özbəkistanla yanaşı, Azərbaycanın veteran cüdoçuları da mübarizə aparıblar. Komandamız turnirdə inamlı qələbə ilə başlayıb. Tatami ustalarımız 1/8 finalda erməni rəqiblərinə 5:0 hesabı ilə qalib gəliblər.  Cüdoşularımız 1/4 finalda Qırğızıstan komandasını da eyni hesabla məğlub ediblər. Yarımfinlada Tacikistan millisindən 3:2 hesabı ilə üstün olan idmançılarımız həlledici mərhələdə Rusiya komandası ilə qarşılaşıb.  Mübarizə şimal qonşularımızın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da komnadamız beynəlxalq turnirin gümüş medalına sahib olub. 

CANLI YAYIM