"Liverpul"lu Keyni söydüyünə görə cəzalandırıldı

12 Oktyabr, 20:34 Sosial mediada paylaşın:
"Liverpul"un 16 yaşlı futbolçusu Harvi Elliot intizam komitəsi tərəfindən cəzalandırılıb.
Mersisayd klubunun gənc futbolçusu "Tottenhem"in forvardı Harri Keyni təhqir etdiyinə görə bu cəzaya məruz qalıb.
O, videoda Keyni "lənətə gəlmiş iflic" adlandırıb. Gənc futbolçu oktyabrın 25-nə kimi keçiriləcək oyunlarda meydana çıxa bilməyəcək.

CANLI YAYIM