Voleybol millimiz Yunanıstan yığmasına məğlub olub

16 May, 11:14 Sosial mediada paylaşın:
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi AÇ-2021-in seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib. F qrupunda mübarizə aparan yığmamız Monteneqroda təşkil olunan 2-ci dövrənin 2-ci matçında Yunanıstan voleybolçuları ilə qarşılaşıb.
Podqoritsadakı “Verde” İdman Kompleksində baş tutan görüş Fərid Cəlalovun baş məşqçi olduğu kollektivin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qrupun digər oyununda Monteneqro Gürcüstan üzərində asan qələbəyə sevinib – 3:0. Bu nəticələrdən sonra maksimum nəticə göstərən Yunanıstan F qrupuna başçılıq edir – 14 xal. Monteneqro 13 xalla ikincidir. 3 xalı olan Azərbaycan millisi isə üçüncü pillədə qərarlaşıb. Gürcüstan yığması hələ xal qazana bilməyib.
Növbəti turun oyunları bu gün keçiriləcək. Millimiz Gürcüstanla, Monteneqro isə Yunanıstanla üz-üzə gələcək.
Qeyd edək ki, Avropa çempionatının təsnifat mərhələsində 7 qrupda 26 komanda mübarizə aparır. Onlardan 12-si – 7 qrup birincisi və ən yaxşı ikinci yerin sahibi olacaq 5 ölkə AÇ-2021-ə vəsiqə qazanacaq.

CANLI YAYIM