Superliqa klubunda yeni baş məşqçi

13 Oktyabr, 12:51 Sosial mediada paylaşın:
Türkiyə Superliqa təmsilçisi "Dənizlispor"un yeni baş məşqçisi müəyyənləşib.
Bu vəzifəyə Mehmet Özdilek təyin edilib. Onunla bu mövsümün sonuna kimi müqavilə imzalanıb.
 Qeyd edək ki, "Dənizlispor" 8 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. Klub rəhbərliyi bir neçə gün əvvəl baş məşqçi Yücel İldizi istefaya göndərib.

CANLI YAYIM