Norris "Maklaren"də qaldı, Hemiltonun idarə etdiyi bolid hərraca çıxarıldı

20 May, 14:19 Sosial mediada paylaşın:
Lando Norris “Maklaren”lə uzunmüddətli müqavilə imzalayıb. Avropa mətbuatının məlumatına görə, Böyük Britaniya komandası 21 yaşlı yerli pilotun çıxışından razı qaldığına görə onunla əməkdaşlığı hələ bir neçə il də davam etdirmək istəyir. Xatırladaq ki, Norris 2017-ci ildən “Maklaren”ə məxsus olsa da, o 2 il sonra Formula 1-də debüt edib.
Norrisdən fərqli onun həmyerlisi Lüis Hemiltonun “Mersedes”dəki gələcək taleyi hələ sual altındadır. Amma hazırda 7 qat dünya çempionun Almaniya komandasının heyətində işləri qaydasında gedir. 94 xalla çempionatın lideri olan britaniyalı pilot ən yaxın izləyicisi Maks Ferstappendən 14 xal irəlidədir. Amma Lüis yarışlarda onu çətin vəziyyətə salan “Red Bull”dakı əsas rəqibindən ehtiyat edir: “Hələki, Ferstappenlə toqquşmamışam. Amma hələ qarşıda 19 yarış var və bu hal baş verə bilər. İstənilən halda, biz bir-birimizə hörmətlə yanaşırıq. Mən çempionata sprint yarışı yox, marafon gözü ilə baxıram. Məhz belə yanaşma tərzimə görə möhtəşəm nəticələr qazanıram”.
Yeri gəlmişkən, Hemiltonun 2010-cu ildə idarə etdiyi “Maklaren” bolidi hərraca çıxarılıb. Onun Türkiyə, Kanada və Belçika Qran-prilərində qalib gəldiyi bolidin 5-7 dollara satılacağı gözlənilir. Hərrac iyul ayınfa Böyük Britaniya Qran-prisi ərəfəsində təşkil olunacaq.

CANLI YAYIM