Yığmanın iki oyununa təyinatlar açıqlandı

13 Oktyabr, 14:27 Sosial mediada paylaşın:
2020-ci ildə keçiriləcək futzal üzrə dünya çempionatının əsas mərhələsində mübarizə aparacaq Azərbaycan milli komandasının 2 oyununa hakim təyinatları açıqlanıb.
Oktyabrın 23-də Moldova ilə oyunun baş hakimi çexiyalı Ondrey Çerni olacaq. Ona latviyalı İnqus Purins və alman İnqo Himsot kömək edəcək.
Oktyabrın 24-də keçiriləcək Azərbaycan – Monteneqro oyununun baş hakimi isə İnqo Himsot olacaq. Ona Ondrey Çerni və portuqaliyalı Miqel Kastilyo kömək edəcək.
Futzal, DÇ-2020
23 oktyabr
20:00 Azərbaycan – MoldovaHakimlər: Ondrey Çerni (Çexiya), İngus Puriņs (Latviya), İnqo Himsot (Almaniya).
24 oktyabr
20:00 Azərbaycan – MonteneqroHakimlər: İnqo Himsot (Almaniya), Ondrey Çerni (Çexiya), Miqel Kastilyo (Portuqaliya)

CANLI YAYIM