Aerobika üzrə Dünya Yaş Qrupları yarışı başlanır

21 May, 11:42 Sosial mediada paylaşın:
Bu gün Bakıda aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları başlanır.
Mötəbər turnirdə 18 ölkədən 200-dən çox idmançının iştirakı gözlənilir. Çempionatda 12-14 və 15-17 yaş qruplarında gimnastlar mübarizə aparacaqlar. Hər iki yaş qrupunda idmançılar fərdi oğlan və qız,  qarışıq cütlük, üçlük, qrup proqramları üzrə təsnifat və final mərhələlərində çıxış edəcəklər. Bundan başqa 15-17 yaşlı akrobatlar aero dans proqramında da öz qüvvələrini sınayacaqlar.  Ölkəmizi yarışda 13 akrobatla təmsil olunacaq. Bunlar Leyla Abdullazadə, Arzu Ağayeva, Leyla Əhmədova, Sara Əlixanlı, Aylin Əliyeva, Rövşanə Bağırzadə, Leyla Bejanova, Dilarə Qurbanova, Fidan İbrahimova, Aliyə İsmayılova, Sənəm Kazımova, Evelina Kozlovskya və Emilya Mahmudovadır. Xatirladaq, mayın 23-dək davam edəcək Dünya Yaş Qrupları Yarışları Milli Gimnastika Arenaslnda təşkil oluncaq.
Yarışlar "İdman TV"də canlı yayımlanacaq.

CANLI YAYIM