Zaur Əliyev finalda, Laçın Vəliyev üçün bürünc medal şansı

22 May, 09:05 Sosial mediada paylaşın:
Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.
Beşinci yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Mübarizəyə 1/4 finaldan qoşulan Zaur Əliyev Rumıniyadan olan rəqibinə gücünü göstərərək yarımfinala yüksəlib. Rusiya pəhləvanıyla ağır mübarizə şəraitində keçən qarşılaşmadan da qalib ayrılan Əliyev adını finala yazdırıb.
Zaur Nuriyev debütdə Rumıniya güləşçisinə məğlub olub.
Laçın Vəliyev ilk mərhələdə Polşadan olan rəqibini üstələyib. Ancaq daha sonra Rusiya güləşçisinə uduzub. Rəqib finala yüksəldiyi üçün Laçın mayın 22-də təsəlliverici görüşə çıxacaq.
Sərxan Məmmədov ilk görüşdə Serbiya idmançısına minimal hesabla qalib gəlib. Ancaq daha sonra İsveçrə təmsilçisiylə bacarmayıb.
Bu çəkilərdə təsəlliverici və medal görüşləri mayın 22-də keçiriləcək.

CANLI YAYIM