Paracüdoçularımız daha 3 medal qazanıb

27 May, 11:10 Sosial mediada paylaşın:
Bakıda Heydər Əliyev adına İdman və Konsert Kompleksində paracüdo üzrə beynəlxalq qran-priyə yekun vurulub.
Yarışın 2-ci günündə daha 8 idmançımız mübarizəyə qoşulub ki, onlardan da 3-ü finala yüksəlib. 63 kqda Xanım Hüseynova bütün rəqiblərini məğlub edərək qızıl medala layiq görülüb. 70 kqda Zülfiyə Hüseynova isə yalnız finalda uduzub və gümüş medalla kifayətlənib. Kişilərin yarışında Hüseyn Rəhimli fəxri kürsüyə qalxıb. O, yalnız həlledici görüşdə məğlub olub və gümüş mükafat əldə edib. Beləliklə komandamız yarışı 9 medalla başa vurub. Xatırladaq ki, yarışın ilk gününündə komandamız 2 qızıl və 4 bürünc medal qazanıb. Namiq Abbaslı və Sevda Vəliyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Vüqar Şirinli, Afaq Süleymanova, Şəhanə Hacıyeva və Bəsti Səfərova isə bürünc mükafata  yiyələnib.

CANLI YAYIM