Bakıda aerobika gimnastikası üzrə dünya çempionatı start götürəcək

27 May, 11:15 Sosial mediada paylaşın:
Bu gün Bakıda aerobika gimnastikası üzrə dünya çempionatı başlanacaq. 
Ölkəmizin ilk dəfə ev sahibliyi edəcəyi turnirdə 22 ölkədən 171 idmançı yarışacaq.
Azərbaycanı dünya çempuonatında 12 idmançı təmsil edəcək. 
Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Nurcan Cabbarlı, Akif Kərimli, Elçin Məmmədov və Mədinə Mustafayeva ölkəmizin idman şərəfini qoruyacaq. 
Üç gün davam edəcək yarışda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans və aero step proqramlarında bacarıqlarını nüçayiş etdirəvəklər. Qaydalara əsasən, bir gimnast bu kateqoriyaların maksimum üçündə çıxış edə bilər. Dünya çempionatı 11:45-dən etibarən İdman TV-də canlı yayımlanacaq

CANLI YAYIM