Karlos Sayns Formula 1 Azərbaycan Qran-Prisinə hazırlaşmaq üçün “Ferrari”nin bazasına gəlib

1 İyun, 16:46 Sosial mediada paylaşın:
Karlos Sayns simulyatorda məşq etmək və qarşıdakı Formula 1 Azərbaycan Qran-Prisinə hazırlaşmaq üçün “Ferrari”nin bazasına gəlib.
İspaniyalı pilot Bakıya iyunun 2-də gəlməyi planlaşdırır.
Son açıqlamalarının birində Bakı şəhər halqasında uzun və düz yolların çox olduğunu vurğulayan K.Sayns qeyd edib ki, əgər trasın texniki hissələrində vaxt qazanmağa nail olsalar, podiuma çıxa bilərlər. O, Azərbaycan Qran-Prisində dostu Lando Norrisi favorit kimi gördüyünü deyib.
Karlos Sayns indiyədək Bakı şəhər halqasında keçirilən dörd yarışın üçündə xal qazanıb və komanda yoldaşlarını qabaqlayıb.
Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi iyunun 4-6-da Bakıda şəhər trekində keçiriləcək.

CANLI YAYIM