Bakı şəhər halqasında Formula 2 üzrə sərbəst yürüşlərə start verilib

4 İyun, 10:46 Sosial mediada paylaşın:
İyunun 4-də Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakı şəhər halqasında Formula 2 yarışı üzrə sərbəst yürüşlərə start verilib.
45 dəqiqə davam edəcək sərbəst yürüşlər başa çatdıqdan sonra saat 12:30-dan 13:30-dək Formula 1 Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüşü keçiriləcək. Saat 14:30-da isə Formula 2-nin sıralama turu başlayacaq.
Formula 2 yarışında 11 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı 2 pilot təmsil edir.
Xatırladaq ki, Bakıda təşkil olunan sonuncu - 2019-cu ildəki Formula 2 üzrə birinci yarışda Cek Aitken (“Campos”) qalib gəlmişdi. Nik de Vries (ART) ikinci, Cordan Kinq (“MP Motorsport”) isə üçüncü yürüşdə fərqlənmişdilər.
Ölkəmiz 2016-cı ildən Formula 1 yarışlarına ev sahibliyi edir. Ötən il koronavirus pandemiyası səbəbindən Bakıda Formula 1 və Formula 2 yarışları keçirilməyib.

CANLI YAYIM