AzTV-nin və “Azərtac”ın əməkdaşları Kəlbəcərdə minaya düşüblər, 2 nəfər həlak olub

4 İyun, 13:00 Sosial mediada paylaşın:
Azərbaycan Televiziyasının və “Azərtac”ın işğaldan azad olunmuş bölgələrimizdə çəkiliş aparan qrupunun içərisində olduğu avtobus bu gün minaya düşüb.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, hadisə Kəlbəcərin Susuzluq kəndinə gedərkən baş verib.
Nəticədə AzTV-nin teleoperatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın müxbiri 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov həyatlarını itiriblər.
Allah rəhmət eləsin!
Azərbaycan Televiziyasının rejissoru Emin Məmmədov, avtobusun sürücüsü və kənd sakini isə yaralanıblar.

CANLI YAYIM