Dünya çempionatının ikinci günündə üç cüdoçumuz mübarizəyə qoşulub

7 İyun, 13:00 Sosial mediada paylaşın:
İyunun 7-də Budapeştdə cüdo üzrə dünya çempionatının ikinci gününün yarışları start götürüb. Turnirin ikinci günündə Nicat Şıxəlizadə və Orxan Səfərov (66 kq), qadınlardan isə Gültac Məmmədəliyeva (52 kq) yarışa qatılacaqlar. N.Şıxəlizadə ilk qarşılaşmasını rumıniyalı Lyütsian Dumitreskiyə qarşı keçirəcək. O.Səfərov isə startda irlandiyalı Natan Bernslə görüşəcək. Qadınların yarışında G.Məmmədəliyeva ilk qarşılaşmasında Tatyana Levitska-Şukvani (Gürcüstan) ilə üz-üzə gələcək. Qeyd edək ki, turnirin birinci günündə 4 cüdoçumuz mübarizə aparıb. Onlardan Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb. Tokio Olimpiadasına lisenziya xarakterli yarışa Azərbaycan 12 cüdoçu ilə qatılıb. Dünya çempionatına iyunun 13-də yekun vurulacaq.

CANLI YAYIM