"Mançester Yunayted" "Barsa" ilə danışıqlara başladı

14 Oktyabr, 12:27 Sosial mediada paylaşın:
"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.
31 yaşlı xorvatiyalı futbolçu Kataloniya klubunu tərk etmək niyyətindədir.
"Qırmızı şeytanlar" Rakitiçin transferi ilə bağlı "Barsa" ilə danışıq aparır. İspaniya təmsilçisi futbolçunun satışına görə 34 milyon funt sterlinq qazanmaq istəyir.
Xorvatiya yığmasının üzvü ilə maraqlanan klublar arasında "İnter" də var.
Rakitiç cari mövsümdə "Barselona"nın heyətində 6 oyunda meydana çıxıb. Onun "Barsa" ilə müqaviləsi 2021-ci ilin iyunun 30-da başa çatır.

CANLI YAYIM