Cüdo üzrə dünya çempionatının üçüncü günündə dörd idmançımız mübarizəyə qoşulur

8 İyun, 13:00 Sosial mediada paylaşın:
İyunun 8-də Budapeştdə cüdo üzrə dünya çempionatının üçüncü gününün yarışları keçiriləcək.
Bugünkü yarışlarda 73 kiloqram çəki dərəcəsində Hidayət Heydərov mozambikli Ayton Siquir, Nurlan Osmanov isveçli Tommi Masias ilə ilk qarşılaşmalarını keçirəcəklər.
Yığmamızın digər üzvləri Zelim Tçkayev isə qabonlu Terense Kuamba, Murad Fətiyev (hər ikisi 81 kq) yeni zelandiyalı Elliott Konnolli ilə üz-üzə gələcəklər.
Qeyd edək ki, komandamızın aktivində 1 medal var. Turnirin birinci günündə Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb.
Tokio Olimpiadasına lisenziya xarakterli yarışa Azərbaycan 12 cüdoçu ilə qatılıb. Dünya çempionatına iyunun 13-də yekun vurulacaq.

CANLI YAYIM