Dünya çempionatında daha iki cüdoçumuz mübarizəyə qoşulub

9 İyun, 10:30 Sosial mediada paylaşın:
Bu gün Azərbaycanın daha 2 cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə qoşulacaq. Məlumata görə, onların hər ikisi kişilərin yarışında çıxış edəcək. 81 kq çəki dərəcəsindəki Zelim Tkçayev 1/64 final mərhələsində Terense Kouamba (Qabon) ilə görüşəcək. Eyni çəkidəki Murad Fətiyev 1/32 finalda Elliot Konnoli (Yeni Zelandiya) ilə üz-üzə gələcək. Qeyd edək ki, daha əvvəl Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb, Orxan Səfərov (66 kq) və Hidayət Heydərov (73 kq) 5-ci yeri tutub. Hazırda Azərbaycan ümumi hesabda 10-cu yerdədir.

CANLI YAYIM