Azərbaycanın FIFA referisi "Yuventus"un matçına təyinat alıb

14 Oktyabr, 17:38 Sosial mediada paylaşın:
Azərbaycanın FIFA referiləri UEFA Gənclər Liqasının oyunlarına təyinat alıblar. 
Rəhim Həsənov 23 oktyarbrda keçiriləcək “Liepaya” (Latviya) - “Portu” (Portuqaliya) qarşılaşmasını idarə edəcək. Ona yan xətt hakimləri Mübariz Haşımov, Rza Məmmədov köməklik göstərəcək. 
Rauf Cabarov isə noyabrın 6-da baş tutacaq “Lokomotiv” (Rusiya) – “Yuventus” (İtaliya) görüşündə iş başında olacaq. Referiyə Namik Hüseynov və Pərvin Talıbov yardımçı olacaq. 

CANLI YAYIM