Dünya çempionatı: Daha bir cüdoçumuz yarışı medalsız bitirdi

11 İyun, 14:00 Sosial mediada paylaşın:
Bu gün Azərbaycanın daha bir cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə qoşulub.
Məlumata görə, kişilərin yarışında 100 kq çəki dərəcəsində Elmar Qasımov tatamiyə çıxıb.
O, 1/16 finald İliya Sulamanidzeyə (Gürcüstan) uduzaraq yarışla vidalaşıb.
Qeyd edək ki, daha əvvəl Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb, Orxan Səfərov (66 kq) və Hidayət Heydərov (73 kq) 5-ci yeri tutub. Hazırda Azərbaycan ümumi hesabda 16-cı yerdədir.

CANLI YAYIM