“Gelfand Challenge” turnirində Günay Məmmədzadə 12-ci olub

14 İyun, 10:30 Sosial mediada paylaşın:
Azərbaycan şahmatçısı Günay Məmmədzadənin də qatıldığı “Julius Baer Challengers Chess Tour” turnirinin “Gelfand Challenge” adlı ikinci mərhələsinin son turları keçirilib. Xəbər verilir ki, şahmatçımız 4 turda mübarizə aparıb və qarşılaşmaları 2 qələbə, 2 məğlubiyyətlə başa vurub. Şahmatçımız ötən 19 turda 8,5 xal toplayaraq 12-ci sırada qərarlaşıb. Turnirdə hər birində 10 şahmatçı olmaqla iki komanda mübarizə aparıb. G.Məmmədzadə Yudit Polqarın kapitanı olduğu komandada yer alıb. Digər komandaya 14-cü dünya çempionu Vladimir Kramnik rəhbərlik edib. Qeyd edək ki, beş turnirdən ibarət “Julius Baer Challengers Chess Tour”un final mərhələsinin oyunları sentyabrın 9-13-də baş tutacaq.

CANLI YAYIM