İdman gimnastlarımız Xorvatiyada dünya kuboku yarışlarında iştirak ediblər

14 İyun, 14:30 Sosial mediada paylaşın:
Xorvatiyanın Osiyek şəhərində idman gimnastikası üzrə dünya kuboku yarışları keçirilib.
Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verilir ki, turnirdə ölkəmizi yığmamızın üzvləri İvan Tixonov, Nikita Simonov, Samirə Qəhrəmanova və Milana Minakovskaya təmsil ediblər.
İ.Tixonov halqalar, dayaqlı tullanma və paralel qollar üzrə final mərhələlərinə vəsiqə qazanıb. Dayaqlı tullanma alətində təmsilçimizi fəxri kürsüdən bir addım ayırıb. 14.416 xalla o, 4-cü pillədə qərarlaşıb. Digər iki final mərhələsində isə İ.Tixonov 7-ci olub. N.Simonov isə halqalar üzrə finalda 6-cı yerdə qərarlaşıb.
S.Qəhrəmanova ən yaxşı nəticəsini dayaqlı tullanma (9-cu yer), M.Minakovskaya isə müxtəlif hündürlüklü qollarda (12-ci yer) nümayiş etdirib.

CANLI YAYIM