Şəhriyar Məmmədyarov “Superbet Chess Classic” turnirinin qalibi olub

14 İyun, 17:00 Sosial mediada paylaşın:
Qrossmeyster Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən “Superbet Chess Classic” turnirinin qalibi olub.
Xəbər verilir ki, 36 yaşlı şahmatçımız yarışın sonuncu turunda fransalı Maksim Vaşye-Laqrav ilə heç-heçə edib. Bununla da xal ehtiyatını 6-ya çatdıran Şəhriyar Məmmədyarov bütün rəqiblərini geridə qoyaraq turnirin qalibi adını qazanıb.
Azərbaycanın digər təmsilçisi Teymur Rəcəbov isə sonuncu turda Ermənistan şahmatçısı Levon Aronyan ilə heç-heçə edib. Teymur Rəcəbov turniri 4,5 xalla başa vurub.

CANLI YAYIM