Nicat Abasov Polşanın ən güclü şahmatçısı Yan-Kşıştof Duda ilə qarşılaşacaq

16 İyun, 12:30 Sosial mediada paylaşın:
İyunun 16-da ənənəvi Praqa şahmat festivalının əsas yarışının – “Masters” turnirinin üçüncü turunun oyunları keçiriləcək.
Xəbər verilir ki, Azərbaycan şahmatçısı Nicat Abasov üçüncü turda qara fiqurlarla Polşanın ən güclü şahmatçısı Yan-Kşıştof Duda ilə üz-üzə gələcək. Turun digər oyunlarında polşalı digər şahmatçı Radoslav Voytaşek niderlandlı Jorden Van Forest, Çexiya təmsilçiləri Tay Dan Van Nquyen isveçli Nils Qrandelius, David Navara ABŞ təmsilçisi Sem Şenklandla qarşılaşacaqlar.
İki turdan sonra aktivində 1,5 xal olan N.Abasov liderlər qrupunda yer alıb.
Turnir 7 turdan ibarətdir.

CANLI YAYIM