Türk azarkeşlər Bakıda Ərdoğana dəstək oldular

16 İyun, 15:30 Sosial mediada paylaşın:
Türkiyə və Uels yığmaları arasında AVRO-2020 A qrupunun II tur matçını izləmək üçün Bakıya gələn türk azarkeşlər hazırda Azərbaycan paytaxtında olan ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana dəstək nümayiş etdiriblər.
Xəbər verilir ki, bir qrup tərəfdar prezidentin qaldığı otelin qarşısına toplaşaraq böyük bayraq açıb və "Türkiyə", "Türkiyə" şüarları səsləndirib.
Öz növbəsində Ərdoğan əvvəlcə otelin eyvanından fanatları salamlayıb. O, oteldən ayrılarkən isə azarkeşlərin yanına gedərək onlarla söhbət edib.
Bundan başqa şəhər gəzintisi zamanı azarkeşlər Ərdoğana yaxınlaşaraq, müxtəlif şüarlar səsləndiriblər.
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Türkiyə - Uels matçı saat 20:00-da başlayacaq. Görüşü Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tribunadan izləyəcəklər

CANLI YAYIM