Şuşada idman tədbirlərinin təşkili planlaşdırılır

16 İyun, 16:30 Sosial mediada paylaşın:
"Şuşaya getdim və oranı görəndə heyrətləndim. Bizim qəhrəman oğullarımız var ki, maşınların çətinliklə qalxdığı yerlərə döyüşərək çıxıblar, qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad ediblər".
Bu fikirləri açıqlamasında Şuşada səfərdə olmuş Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib.
O bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın möhtəşəm ordusu formalaşıb.
İsmayılov gələcəkdə Şuşada idman tədbirləri təşkil etməyi planlaşdırdıqlarını sözlərinə əlavə edib

CANLI YAYIM