Boksçularımız Avropa çempionatında iştirak edirlər

17 İyun, 17:00 Sosial mediada paylaşın:
İyunun 17-də İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı start götürüb.
8 gün davam edəcək yarışda Azərbaycan milli komandası da qüvvəsini sınayacaq.
Çempionatda gənclərdən ibarət yığmamızın baş məşqçisi Əsgər Eyvazov, məşqçilər Əli İsmayılov və Şahin İmranovun rəhbərliyi altında 7 boksçu mübarizə aparacaq.
Komandamızın heyətində Əli Zamanov (52 kq), Masqud Xasmetov (56 kq), Cəlal Qurbanov (60 kq), Ruslan Rüstəmov (64 kq), Sərxan Əliyev (69 kq), Mirşərif Kazımzadə (75 kq) və Murad Allahverdiyev (81 kq) yer alıblar.
Azərbaycanı qitə birinciliyində hakim kimi Fuad Aslanov təmsil edir.
Turnir iyunun 24-də başa çatacaq.

CANLI YAYIM