“Grand Chess Tour”: Teymur Rəcəbov bu gün üç görüş keçirəcək

18 İyun, 12:00 Sosial mediada paylaşın:
Bu gün Parisdə Azərbaycan şahmatçısı Teymur Rəcəbovun da qatılacağı nüfuzlu “Grand Chess Tour” yarışının ikinci mərhələsi start götürəcək.
Turnir iştirakçıları üç gün ərzində rapid üzrə görüşlər keçirəcəklər. İyunun 21-də isə blits turniri baş tutacaq.
Şahmatçımız bu gün ilk qarşılaşmasını Levon Aronyana (Ermənistan) qarşı keçirəcək. Sonrakı görüşlərdə Maksim Vaşe-Laqrav (Fransa), Alireza Firuzca (İran) ilə üz-üzə gələcək. Turnirdə şahmatçımız və adıçəkilən rəqiblərindən başqa, Fabiano Karuana, Uesli So (hər ikisi ABŞ), Maksim Vaşe-Laqrav, Etienne Bakrot (hər ikisi Fransa), Riçard Rapport (Macarıstan), Yan Nepomnyaşi, Vladimir Kramnik, Peter Svidler (hər üçü Rusiya) və Alireza Firuzca (İran) iştirak edirlər.

CANLI YAYIM