"Yuventus"un fəxri prezidenti vəfat etdi

18 İyun, 13:00 Sosial mediada paylaşın:
İtaliyanın "Yuventus" klubunun sabiq futbolçusu Campyero Boniperti dünyasını dəyişib.
Məlumata görə, o, 92 yaşında ürək çatışmazlığından vəfat edib.
Qeyd edək ki, Campyero Boniperti karyerası ərzində (1946 - 1961) Turin təmsilçisində çıxış edib. O, "Yuventus"da keçirdiyi 459 oyunda 179 qol vurub. Boniperti klub tarixində Alessandro Del Pyerodan (290) sonra ən çox qol vuran ikinci oyunçudur.
5 qat İtaliya çempionu millidə 38 görüşdə 8 dəfə fərlənib. Boniperti 1971 - 1990-cı illərdə "Yuventus"un prezidenti olub. 2006-cı ildən isə o, Turin təmsilçisinin fəxri prezidenti idi.

CANLI YAYIM