Millimizin baş məşqçisi Canni De Byazi “Neftçi”nin yoxlama oyununu izləyəcək

21 İyun, 14:15 Sosial mediada paylaşın:
Sloveniyada təlim-məşq toplanışında olan Bakının “Neftçi” futbol klubu bu gün hazırlıq prosesi çərçivəsində yoxlama oyununa çıxacaq. Xəbər verilir ki, Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi “Kodeljevo Sport Ljubljana” stadionunda Sloveniyanın “Olimpiya” komandasına qarşı keçiriləcək qarşılaşmanı izləyəcək.

CANLI YAYIM