Florbol üzrə qızlar arasında turnirin qalibləri müəyyənləşib

21 İyun, 16:15 Sosial mediada paylaşın:
Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə Şağan Olimpiya İdman Kompleksinin açıq hava meydançasında qızlar arasında florbol üzrə seçmə yarışlar keçirilib.
Xəbər verilir ki, turnirin yekun nəticələrinə görə, ən güclü divizionda birinci yeri Xəzər rayonu E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli xüsusi internat məktəbinin komandası tutub.
İkinci divizionda ən yüksək nəticə göstərən Xəzər rayonu 1 nömrəli Sosial Xidmət Müəssisəsinin florbol yığması qalib olub.
Turnir 2022-ci il yanvarın 18-29-da Rusiyanın Kazan şəhərində keçiriləcək Ümumdünya Xüsusi Qış Olimpiya Oyunlarına seçmə xarakteri daşıyır.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə keçirilən yarışda xüsusi, yardımçı məktəb və internatlardan hər komandada 10 atlet olmaqla 12 komanda iştirak edib.

CANLI YAYIM