“Neftçi” klubu Sloveniyada ilk yoxlama oyununu keçirib

22 İyun, 10:00 Sosial mediada paylaşın:
Sloveniyada təlim-məşq toplanışında olan Bakının “Neftçi” futbol klubu iyunun 21-də ilk yoxlama oyununu keçirib. Xəbər verilir ki, Bakı təmsilçisi yerli "Olimpiya" (Lyublyana) komandası ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Matçda hər iki qol 2-ci dəqiqədə vurulub. Əvvəlcə Namik Ələskərov, ardınca isə Mihaylo Peroviç fərqlənib. Qeyd edək ki, "Neftçi" növbəti yoxlama matçını iyunun 25-də Macarıstanın “Fehervar" klubuna qarşı keçirəcək. Komandamızın Sloveniyadakı sonuncu rəqib isə Rusiyanın "Spartak" (Moskva) klubu olacaq. Oyun isə iyunun 29-da təşkil olunacaq.

CANLI YAYIM