“Avro-2020”-nin yarımfinal və final oyunlarında iştirak edəcək azarkeş sayı açıqlanıb

22 İyun, 18:00 Sosial mediada paylaşın:
Futbol üzrə “Avro-2020”nin yarımfinal və final oyunlarında iştirak edəcək azarkeş sayı açıqlanıb. Xəbər verilir ki, İngiltərənin paytaxtı Londonda “Uembli” stadionundakı matçlara 60 min azarkeş qatılacaq. Bu arenanın tamaşaçı tutumu 90 mindir. Qeyd edək ki, Avropa çempionatının yarımfinal görüşləri iyulun 6-7-də, final isə iyulun 11-də təşkil olunacaq.          

CANLI YAYIM