MMA döyüşçümüz Fətəli Talıbov Ukraynada qələbə qazanıb

23 İyun, 12:30 Sosial mediada paylaşın:
Ukraynanın Lutsk şəhərində MMA üzrə peşəkar döyüşçülər arasında beynəlxalq turnir keçirilib.
Beynəlxalq turnirdə iştirak edən idmançımız Fətəli Talıbov (93 kq) ukraynalı rəqibinə qalib gələrək birinci olub.
Turnirdə 93 kiloqram çəki dərəcəsində iştirak edən digər idmançımız Elçin Hüseynovun isə Ermənistandan olan rəqibi Mkrtiç Sarkisyan zədələnməyini səbəb göstərərək qarşılaşmaya çıxmayıb.

CANLI YAYIM