Avropa birinciliyi: Boksçumuz finala yüksəlib

10 İyul, 09:25 Sosial mediada paylaşın:
Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyində yarımfinal mərhələsinin görüşlərinə start verilib.Azərbaycan millisinin üzvü Məhəmmədəli Qasımzadə (54 kq) finala gedən yolda rumıniyalı Daniel Girleanu ilə üz-üzə gəlib. Səkkizdəbir finalda Arseni Oniyenkonu (Ukrayna), ardınca Fyodor Kamanini (Estoniya) məğlub edən boksçumuz rinqdən yenə qalib ayrılıb. O, son Avropa çempionu D.Girleanuya 4:1 hesabı ilə qalib gəlib.M.Qasımzadə final görüşündə rusiyalı Boqdan Prima ilə qarşılaşacaq.Qeyd edək ki, 30 ölkədən 339 (224 oğlan, 115 qız) boksçunun mübarizə apardığı yarışda final görüşləri iyulun 11-də baş tutacaq.

CANLI YAYIM