"Orlando" yeni məşqçiyə tapşırılıb

12 İyul, 17:15 Sosial mediada paylaşın:
Yeni mövsümə hazırlaşan MBA klubları müəyyən dəyişikliklərlə yadda qalır. Onlardan bəziləri yeni transfer əməliyyatları həyata keçirmək haqda düşünürsə, bəziləri ümumiyyətlə məşqçi heyətinə əl gəzdirmək fikrindədir.
Bu mənada son illər azarkeşlərinin ümidlərini doğrultmayan “Orlando Mecik”i xüsusi fərqləndirmək olar. Mövsüm başa çatdıqdan sonra baş məqçisi Stiv Kliffordu istefaya göndərən Florida klubunun rəhbərliyi artıq onun əvəzedicisini tapıb. Söhbət son 7 ildə “Dallas Maveriks”də köməkçi məşqçi vəzifəsində çalışan Camal Mozlidən gedir. 42 yaşlı mütəxəssis artıq Orlandoya gələrək yeni komandası ilə 4 illik müqaviləyə imza atıb. Qeyd edək ki, “Dallas” pley-offda mübarizəni dayandırdıqdan sonra bu komandanın baş məşqçisi Rik Karlayl da istefaya göndərilib. Texas klubunun rəhbərliyi bu posta Ceyson Kiddi gətirdikdən sonra Camal Mozli komandadan ayrılacağını bildirmişdi.

CANLI YAYIM