Dünya birinciliyində güləşçimiz finala yüksəlib

23 İyul, 13:44 Sosial mediada paylaşın:
Macarıstandan yeniyetmə güləşçilərin dünya birinciliyi davam edir. Budapeştdəki yarışın 4-cü günündə daha 5 çəki dərəcəsində qızlar mübarizə aparıblar. 46 kq-da Ruzanna Məmmədova təsnifat mərhələsində Qazaxıstan güləşçisinə tam üstünlüklə qalib gəlib. Rumıniyalı rəqibindən də üstün olan Ruzanna Məmmədova yarımfinalda Türkiyə idmançısını da məğlub edərək finala adlayıb. O, həlledici görüşdə Hindistan güləşçisi ilə üz-üzə gələcək.
Yarışa 1/4 finaldan start verən Elvina Kərimzadə  isə yarımfinalda uduzduğundan bürünc medal uğrunda güləşəcək. O, Rusiya təmsilçisi ilə üz-üzə gələcək.
Xatırladaq ki, dünya birinciliyində komandamızın aktivində 3 bürünc medal var. Hər 3 mükafatı oğlanların sərbəst güləş yarışlarından əldə etmişik.

CANLI YAYIM