ABŞ basketbolçuları baş məşqçidən nararazıdır

26 İyul, 16:03 Sosial mediada paylaşın:
Basketbol üzrə kişilərdən ibarət Amerika Birləşmiş Ştatları millisinin ilk görüşdə Fransaya məğlub olması Olimpiadada böyük səs-küyə səbəb olub.
2004-cü ildən sonra ilk dəfə Olimpiya Oyunlarında məğlub olan ABŞ millisinin məğlubiyyəti Amerika mətbuatının əsas müzakirə mövzularından birinə çevrilib. Amerika mətbuatının məlumatına görə, yığmanın üzvləri baş məşqçi Qreqq Popoviçdən narazıdır. Onların bəzilərinin fikrincə, 72 yaşlı mütəxəssis artıq tükənib. Son illər çalışdırdığı “San Antonio”ya da uğurlar qazandıra bilməyən Popoviçin yığmaya da yeni nəsə verəcəyi inandırıcı görünmür. Xatırladaq ki, Qreqin başçılığı altında ABŞ millisi 2019-cu ildə keçirilən dünya çempionatında uğursuzluqla üzləşib. Çində keçirilən dünya çempionatında amerikalılar 7-ci yeri tutmuşdu.

CANLI YAYIM