Tokio olimpiadasında Azərbaycanın daha bir cüdoçusu mübarizəyə qoşulub.
90 kq çəkidə Məmmədəli Mehdiyev 1/8 finalda qazaxıstanlı İslam Bozbayevlə üz-üzə gəlib. İdmançımlz qələbə qazanaraq 1/4 finala vəsiqə əldə edib. Mehdiyev bu mərhələdə rusiyalı Mixail İqolnikov ilə ilə qarşılaşıb. Təəssüf ki, cüdoçumuz uğur qazana bilməyərək mübarizəni dayandırlb.