Güləşçilərimiz Tokioya yollandılar

28 İyul, 12:48 Sosial mediada paylaşın:
Tokio Yay Olimpiya Oyunlarında mübarizə davam edir. Əsas medal ümidlərimiz sayılan güləş millilərimiz artıq Tokioya yola düşüblər. Bundan əvvəl prosedura uyğun olaraq komandalarımızın üzvləri COVİD-19 testindən keçiblər. Məşqçilər idmançılarımızın Oyunlara tam hazır olduqlarını bildiriblər.
Sərbəst güləş üzrə millimizin tərkibində baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq) və Şərif Şərifov (97 kq) yer alıb. Baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında Mariya Stadnik (50 kq) və Elis Manolova (68 kq) Tokio-2020-də qadınlar arasında uğur qazanmağa çalışacaq. Yunan-Roma güləşi üzrə yarışda isə baş məşqçi Aleksandr Tarakanov və böyük məşqçi Rövşən Bayramovun nəzarəti altında Rafiq Hüseynovla (77 kq) İslam Abbasov (87 kq) mübarizə aparacaq.

CANLI YAYIM