"Keşlə" mübarizəni dayandırdı

30 İyul, 10:45 Sosial mediada paylaşın:
Avropa Konfrans Liqasındakı təmsilçilərimizdən Keşlə Bakıda “Soçi” ilə üz-üzə gəlib.
Rusiyada rəqibinə 3 cavabsız qolla uduzan paytaxt klubu doğma meydanda uduzub. Artıq 21-ci dəqiqədə Marko Duqandjiç hesabı açıb. 35-ci dəqiqədə tarazlıq bərpa olunub. Felipe Silva Santos qapını dəqiq nişan alıb. Amma cəmi 3 dəqiqədən sonra qonaqlar yenidən hesabda önə keçiblər. Nikita Burmistrov hədəfdən yayınmayıb. Fasilədən sonra meydan sahibləri yenidən hesabı bərabərləşdiriblər. Rəhman Hacıyev topu qapıdan keçirib. 70-ci dəqiqədə qonaqlar 3-cü dəfə fərqləniblər. Bu dəfə Danila Proxin diqqət mərkəzinə düşüb. Görüşdə son nöqtəni hesabı açan Marko Duqandjiç qoyub. Dubl edən futbolçu yekun nəticəni müəyyənləşdirib. Beləliklə “Soçi” 4:2 hesablı qələbə qazanıb. Hər iki oyunda uduzan “Keşlə” yarışla vidalaşıb.

CANLI YAYIM