“Sumqayıt” öz meydanında “Çukariçki” komandasına məğlub olub

30 İyul, 11:01 Sosial mediada paylaşın:
"Sumqayıt" klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.
Sumqayıtlılar doğma azarkeşlər önündə Serbiyanın "Çukariçki" komandasını qəbul edib. "Kapital Arena" stadionunda baş tutan görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, iki oyunun nəticəsinə görə "Sumqayıt" klubu UEFA Konfrans Liqasında mübarizəsini dayandırıb.

CANLI YAYIM