Tokio-2020: Kindzerska ölkəmizə ilk medal qazandırdı

30 İyul, 13:10 Sosial mediada paylaşın:
yulun 30-da Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında milli komandamıza ilk medalı qazandırıb.78 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən idmançımız bürünc medal uğrunda görüşdə çinli Şiyan Ksu ilə qarşılaşıb. Rəqibini ipponla məğlub edən cüdoçumuz “Tokio-2020”də Azərbaycanın aktivinə ilk medalı yazdırıb.
Yarımfinala gedən yolda Larisa Tseriç (Bosniya və Herseqovina) və Mijin Hana (Koreya Respublikası) qalib gələn cüdoçumuz yarımfinalda yaponiyalı Akira Soneyə uduzub.
30 yaşlı qadın cüdoçumuz 2017-ci ildə Bakıda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medala sahib olub. Həmin il o, Budapeştdə keçirilən dünya çempionatını üçüncü pillədə başa vurub. İ.Kindzerska 2019-cu ildə Minskin ev sahibliyi etdiyi II Avropa Oyunlarında üçüncü yeri tutub. Bir il sonra Praqada keçirilən qitə birinciliyində gümüş medala sahib olub.
Xatırladaq ki, bu gün mübarizəyə qoşulan kişi cüdoçumuz Uşangi Kokauri (100 kq-dan yuxarı) birinci görüşdə Polşa təmsilçisi Matsey Sarnaçkiyə qalib gəlsə də, səkkizdəbir finalda braziliyalı Rafael Silvaya uduzaraq yarışı medalsız başa vurub.

CANLI YAYIM