Tokio-2020: Komanda yarışları həyəcanı davam edir

30 İyul, 14:40 Sosial mediada paylaşın:
Tokio Olimpiya oyunlarında üzgüçülük idman növündə qaliblərin adına aydınlıq gəlir. Qadınların 200 metr məsafəyə sərbəst üsulla estafet yarışında Çin millisi bütün rəqibləri qabaqlayıb. Onlar 1 dəqiqə 40 saniyəlik göstərici ilə yeni Dünya rekorduna da imza atıblar. Amerika Birləşmiş Ştatlarının üzgüçüləri gümüş, avstraliyalılar isə bürünc medala yiyələniblər.
Kişilərin həndbol turnirində 4-cü turun oyunları keçirilib. A qrupunda Fransa-İspaniya matçı baş tutub. Komandaların İlk 3 görüşdə qələbə qazanmaqları prinsipialığı daha da artırırdı. Fransalılar ikinci hissədə məğlub olsalar da, yekunda qalib gəliblər: Fransa - İspaniya 36:31  A qrupunda bir qarşılaşma keçirilib. Argentina və Braziliya komandalarının matçında braziliyalılar qələbə qazanıb: 25-23
Kişilərin avarçəkmə mübarizəsində mükafatçılar bəlli olub. Rio Olimpiyadasının gümüş mükafatçısı olan irlandiyalı cütlük 6 dəqiqə 6 saniyəlik nəticə əldə ediblər. Bu göstərici  İrlandiya millisinə avarçəkmə idman növündə ilk Olimpiya qızılını qazandırıb. Almaniyalı idmançılar finiş xəttini 2-ci, İtaliya komandası 3-cü keçib.
Qadınların anoloji yarışına da yekun vurulub. İtaliyalı Valentina Rodini və Federika Çezarini cütü yarışı birinci bitirib. Fransa komandası gümüş medalın sahibi olub.  Niderlandlı avarçəkənlər isə bürünc medalla kifayətləniblər.

CANLI YAYIM